IPSS Azərbaycan 2019-cu ildə təsis edilmış və əsası Bakıda, Azərbaycanda qoyulmuşdur. Hazırda Bakının mərkəzində ofislərimiz, eləcə də Qaradağ ərazisində anbarımız mövcuddur.
IPSS Azərbaycan Polad Borulardan, Armaturlardan, Flanslardan, Klapanlardan, Struktur Polad Materiallardan, Araqatlardan, Bərkidicilərdən və Plastik Borulardan və s. geniş çeşiddə məhsullar tədarük edən bazar liderlərindən biridir. Biz, illər ərzində müxtəlif istiqamətlərdə inkişaf etmişik və hazırda sadalanan məhsulları təmin etdiyimiz və eyni zamanda, MRO fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına yardım göstərdiyimiz üçün, bir çox istehlakçıların təchizat zəncirinin mühüm hissəsi hesab olunuruq.
Bız Azərbaycan hüquq orqanlarının təklif etdiyi yerli məzmuna malik təşəbbüsləri bir biri ilə əlaqələndirir və bu prinsiplər əsasında şirkətin inkişafını davam etdirməyə səy göstəririk. Biz məmnunluq duyuruq ki, İPSS Azərbaycan MMC şirkəti 50/50 müştərək müəssisə olmaqla Azərbaycan qanunlarını rəhbər tutan şirkətdir.
IPSS Azərbaycan MMC şirkəti IPSS Limited və IPSS Caspian LLP-nin dəstəyi ilə IPSS Group tərəfindən təmin olunur. Belə olan halda, təşkilat IPSS-nin yerli və qlobal bazarda təklif etdiyi zəngin təcrübədən yararlanmaq imkanına malik olur.