Biz, bir sıra məhsul və xidmətlər təmin etməklə biznes məsələlərinə dair tələbləri yerinə yetirmək üçün, təşkilatların yüksək səviyyəli məhsullarla təmin olunmasına yardım göstəririk.
Məhsullar Sənaye standartlarına, o cümlədən to B16.48 / API-590 / GOST / DEP (Shell) qaydalarına müvafiq olaraq hazırlanır.
Məhsullar yerli qaydada anbara toplanılır və birbaşa lazım olan sahəyə gözləmə vaxtını minimuma endirərək çatdırılır.
İPSS Karbon (Aşağı və Yüksək Temperaturlu), Tikinti keyfiyyəti, paslanmaz polad, Duplex və ya Super dublex dərəcələri kimi material növlərinin kateqoriyasında layihə tələblərini qarşılamaq üçün tam çeşidə malik Polad, Armatur və Flansları təklif edir.
IPSS tələblərə və spesifikasiyalara cavab vermək üçün geniş çeşidli klapanları tədarük edir. Biz, bir sıra klapanlar, o cümlədən Bağlayıcı, Kürə formalı, Birləşdirici, Tənzimləyici, İkitərəfli, Drenaj, Hava, Əl əməyinə əsaslanan, Məsafədən idarə olunan, Üst hissəni əhatə edən və Sualtı klapanları tədarük edirik.
IPSS geniş çeşidli Nipoflanslar və Veldolet (qaynaqlı patron) ehtiyatına malikdir/Qaynaq flansları keyfiyyət cəhətdən Avropa və sənaye standartlarına uyğun bağlamalarda olmaqla müştərinin spesifik tələblərini qarşılayır.
Qaynaq flansı və Nipoflanslar Yaxalıq formasında olan qaynaq flansının –yəni Veldolet və Nipolet armaturunun kombinasiyasıdır və hər iki komponent bir hissədə qaynaq olunmadan istehsal edilir.
İPSS Karbon (Aşağı və yüksək temperaturlu), struktur dərəcələr, paslanmayan polad, Duplex və Super dublex dərəcələri kimi materiallardan başlayaraq layihə tələblərinə cavab vermək üçün tam çeşiddə Millər, Araqatlar təklif edir.
İPSS IPSS qrupun yüksək keyfiyyətli standartlarına cavab verə bilən tam çeşidli Obüratorları, Başlıq və Montaj armaturlarını istehsal etmək üçün yüksək bacarığa malik mühəndislərin əməyindən istifadə edir.
İPPS dənizdə metal konstruksiyası, gəmi tikintisi və mülki mühəndislik kimi müxtəlif layihələrin tələblərinə cavab vermək üçün keyfiyyətli bölmələr təqdim edir.
Təklif olunan materiallar:
ASTM A516-60 / 65 / 70 / 70 + HIC tələbləri.
BS EN 10025 S275 / 355 + J, J2, JR, AR, K2+N
BS EN 10025 S355 + G3, G4, G7, G10, G11, G12, S420G2
Paslanmaz metal 316/L, 304/L
Duplex UNS S31803 / UNS S32205 | 1.4462
Super Duplex UNS S31750, UNS S31760
Tökmə və digər növlər sifarış əsasında .
MRO suda və quruda əməliyyatları həyata keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Zəruri məqam boş qalan iş saatlarının minimuma endirilməsidir. Bizim təcrübəli işçi heyətimiz və strateji mövqeyə malik anbarlarımız bazarlarda məhsulların hər zaman və vaxtı-vaxtında çatdırılmasını təmin edir. Bizim səhmdarlardan və təcrübəli təchizatçılardan ibarət qrup bu tələbləri gündəlik olaraq idarə edir.
Bütün layihələr bilikli və səriştəli mütəxəssislərdən ibarət qrup tərəfindən yerinə yetirilir. Hər bir layihə qrupu xüsusi olaraq sənaye, seçilən materiallar və lazımlı məhsullar barədə malik olduqları biliklər və təcrübə əsasənda seçilir.
Bizim beynəlxalq biznes sferasında qəbul olunmuş qabaqcıl tədarükçülər ilə davamlı və qarşılıqlı əlaqələrimiz var; bu əməkdaşlıq həm Texniki Xidmət və Təmir (MRO), həm də Layihə İşlərinin idarə olunması üzrə təyinatları əhatə edir. Biz yalnız beynəlxalq səviyyədə etibarlı istehsalçılar və yalnız zəruri olduğu halda, müştərilərimiz tərəfindən qəbul edilən təsdiqlənmiş satıcı siyahısından istifadə edirik.
İPSS müştərilərimizə məhsullarla bağlı tələb olunan bütün sənədləri təqdim edir. Layihənizdən asılı olaraq tələblər dəyişə bilər. Sənədləri müzakirə etmək üçün təcrübəli komanda üzvləri ilə əlaqə saxlaya bilərsiniz.
İxtisaslaşmış və tam kompüterləşdirilmiş elektron qeydlərə malik layihə idarəetmə ofislərimiz hər bir layihəni ətraflı təqdim etmə qabiliyyətinə malikdir. Biz müntəzəm olaraq istehsalat, sənədləşmə və kommersiya danışıqları kimi müxtəlif sahələrdə məsul olan əsas şəxslərin siyahısını müəyyən etmək üçün hər bir istehsalçıya baş çəkirik. Bu yolla ümumi şəffaflıq və proseslərin bütövlükdə izlənmə imkanı təmin olunur.